Logo

Türkiyə Ordusunun iki hərbçisi şəhid oldu

Türkiyə Ordusunun iki hərbçisi şəhid oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında antiterror əməliyyatı aparan hərbçiləri terrorçuların hücumuna məruz qalıb.

Sfera.az xəbər verir ki, "Fırat qalxanı” antiterror əməliyyatı rayonunda Türkiyə Ordusuna məxsus "Kirpi” zirehli hərbi maşınına edilən hücum nəticəsində iki türk hərbçi şəhid olub, ikisi yaralanıb. Yaralılar Türkiyə ərazisində xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, "Fırat qalxanı” antiterror əməliyyatı rayonunda əlavə təhlükəsizlik tədbirləri həyata keçirilib. Terrorçulara qarşı əlavə cəza tədbirləri həyata keçirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR