Logo

Zəhərə qarşı immuniteti olduğunu söylədi - Kobranı öpməyə çalışarkən öldü

Zəhərə qarşı immuniteti olduğunu söylədi - Kobranı öpməyə çalışarkən öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Filippində zəhər əleyhinə immuniteti olduğunu iddia edən ilan mütəxəssisi öpməyə çalışdığı kobranın onu dişləməsi nəticəsində həyatını itirib.

Sfera.az xəbər verir ki, bu haqda "Daily Mail” qəzeti məlumat yayıb.

62 yaşlı Bernardo Alvarezin qonşuları Filippinin şimalında baş verən hadisəni dəhşətlə izləyiblər.

Bernardo Alvarez iyunun 9-da Mangaldan şəhərində tutduğu kobranı ram etdiyini iddia edib.

O, insanların gözü qarşısında ilanı öpməyə çalışdıqdan sonra sancma nəticəsində qışqıraraq yerə yıxılıb.

Təcili yardım işçiləri hadisə yerinə gəldikdə Bernardo Alvarezn hərəkətsiz bədəni ilə qarşılaşıblar.

O, ilanın zəhəri çox güclü olduğu üçün hadisə yerindəcə ölüb. Ətrafdakı insanlar isə ilanı zərərsizləşdiriblər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR