Logo

Merkel: Əfqanıstanda istədiyimiz cəmiyyəti qura bilmədik

Merkel: Əfqanıstanda istədiyimiz cəmiyyəti qura bilmədik
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Co Bayden Ağ Evdə Almaniya Kansleri Angela Merkellə ortaq mətbuat konfransında iştirak edib.

Sfera.az xəbər verir ki, Almaniya və ABŞ-ın bir çox mövzuda əməkdaşlıq etdiyini bildirən A. Merkel, iki ölkənin Əfqanıstandakı birgə səylərinə də toxunub.

Angela Merkel Əfqanıstanda ABŞ-la uzun illər birlikdə çalışdıqlarını, terror təhlükəsini müəyyən dərəcədə nəzarətdə saxlaya bildiklərini, lakin təəssüf ki , istədikləri cəmiyyəti formalaşdıra bilmədiklərini diqqətə çatdırıb.

O, Co Baydenlə aralarında Rusiyanın "Şimal Axını 2” təbii qaz boru kəməri layihəsi ilə əlaqədar fikir ayrılıqlarının mövcud olduğunu qeyd edib.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR