Logo

Putinlə Lukaşenkonun 5 saatlıq görüşü bitdi

Putinlə Lukaşenkonun 5 saatlıq görüşü bitdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında görüş keçirilib.

Sfera.az xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində baş tutub.

Konstantinov sarayında keçirilən görüş 5 saat davam edib. Prezidentlər iqtisadiyyat, beynəlxalq münasibətlər sahəsində vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, bu, Putinlə Lukaşenkonun 2021-ci ildə 4-cü görüşüdür. Buna qədər onlar fevral, aprel və mayda görüşüblər. Bütün görüşlər Rusiyada baş tutub.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR