Dünyada 768 milyon insan acdır - BMT açıqladı
Kateqoriya məlum deyil
BMT ötən ilin martından bəri aclıq çəkən insan sayının 118 milyon artdığını açıqlayıb.
Sfera.az qurumun yaydığı hesabata istinadən xəbər verir ki, dünya əhalisinin təxminən 10 faizi kifayət qədər qidalana bilmir.
Dünyadakı aclıq və kifayət qədər qidalanmama faizləri 2019-cu ildə 8,4 olduğu halda, 2020-ci ildə 10-a çatıb ki, bunda da koronavirusun böyük təsiri olub.
Aclıq çəkənlərin sayının 768 milyona yüksəldiyi vurğulanıb.
Hesabatda dünya miqyasında aclıq çəkən 768 milyon insanın 418 milyonunun Asiyada, 282 milyonunun Afrikada, 60 milyonunun Latın Amerikası və Karib dənizi hövzəsində yaşadığı qeyd olunub.






