Misirin sabiq prezidentinə ömürlük həbs cəzası verildi

Misirin sabiq prezidentinə ömürlük həbs cəzası verildi

 

Məhkəmə prosesi başa çatıb.

 

Misirin keçmiş prezidenti Məhəmməd Mursi ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq qərar Qahirə Cinayət Məhkəməsi tərəfindən qəbul edilib. Sabiq prezident Qətərin xeyrinə casusluqda

ittiham olunub. 

 

Məhkəmə həmçinin M.Mursinin tərəfdarları, Misirdə qadağan olunmuş "Müsəlman qardaşları” hərəkatının altı üzvünə ölüm cəzası verib.

 

Qeyd edək ki, Məhəmməd Mursi 2012-ci il iyunun 5-də Misirin beşinci prezidenti olub. O, 2013-cü il iyulun 3-də hərbi yolla devrilib. 



OXŞAR XƏBƏRLƏR