İranda yük qatarı aşdı - yaralılar var
Kateqoriya məlum deyil
İranın şimalında yerləşən Simnan vilayətində yük qatarı aşıb.
Sfera.az xəbər verir ki, bunu İranın Simnan Qırmızı Aypara Cəmiyyətinin sədri Müzəffər Məhəmmədxani jurnalistlərə açıqlamasında deyib.
M.Məhəmmədxaninin sözlərinə görə, Aradan-Sorxə arasında qatar relsdən çıxıb. Nəticədə maşinist və iki köməkçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Məhəmmədxani deyib ki, hadisəyə səbəb qatardakı texniki nasazlıq olub.
Faktla bağlı araşdırma aparılır.






