Logo

"Yunanıstan Türkiyəyə qarşı birlik yaratmaq istəyir" - Yeni münaqişə zonası formalaşır?

"Yunanıstan Türkiyəyə qarşı birlik yaratmaq istəyir" - Yeni münaqişə zonası formalaşır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Kiyevə səfəri zamanı Ukraynanın Türkiyə ilə yüksələn əlaqələrindən Afinanın narazılığına işarə edib. Yunanıstan tərəfi Ukraynanı Avropanın xarici siyasətinə qoşulmağa, Türkiyəyə qarşı olmağa çağırıb.

Maraqlıdır, Ukrayna tərəfi Yunanıstanın bu çağırışna hansı şəkildə cavab verəcək? Yunanıstan Ukraynadan əlavə digər ölklərə də eyni konteksdə müraciət edib, münaqişə zonası yarada bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Yunanıstanın bütün cədlərinin uğursuzluqla nəticələnəcəyini deyib. Ekspert Yunanıstanın Avropa İttiqfaqına da problem yaratdığını vurğulayıb:
 

"Yunanıstan da Ermənistan kimi özünə qarşı düşmən hədəf müəyyənləşdirib və buna qarşı mübarizə aparmaqdadır. Absurd xarici siyasət Ermənistanı necə bitiribsə, Yunanıstanı da o şəkidlə bitirməkdədir. Yunanıstan hazırda Avropa Birliyini (AB) də boğaza yığıb. Bir tərəfdən bu ölkənin Avropa Birliyinə borcları, bir tərəfdən iqtisadi inkişafı düzgün yönəldə bilməməsi AB strukturlarını narahat etməyə bilmir. Yunanıstan bütün bunların fonunda Ukraynanı yanına çəkməyi düşünür. Lakin bütün cəhdlər əbəsdir. Çünki bu gün Ukrayna üçün əsas məsələ təhlükəsizlik  məsələsidir. Məlum olduğu kimi Krım kimi Ukraynanın işğal olunan əraziləri, Rusiya təhlükəsi var. Bu konteksdə Ukraynanı Avropa çərçivəsində real olaraq müdafiə edən yeganə dövlət məhz Türkiyə olub.

Ukrayanaya sözdə dəstək olan Fransa, Almaniya kimi ölkələr Ukraynanı silahlandırmaqdan birmənalı olaraq imtina etdilər, yalnız Türkiyə bu istiqamətdə öz köməyini əsirgəmədi və əsirgəmir. Bu baxımdan Yunanıstanın Ukraynaya verdiyi təklif boğazdan yuxarıdır, Ukrayna heç vaxt belə bir addım atmaz".

 

Politoloq Yunanıstanın digər ölkələri də Türkiyəyə qarşı mübarizəyə çağıracağını bildirib:

"Yunanıstan Ukraynadan başqa digər ölkələrə də Türkiyə ilə müttəfiqliyin pozulmasına dair təkliflər verəcək. Lakin Yunanıstan Ermənistan kimi boşboğaz açıqlamalar verməklə Avropa Birliyi dövlətlərini də narahat etmiş olacaq. Bu da Türkiyə ilə münaqişə həddini yüksək edir. Kimsə Yunanıstana görə Türkiyəni qarşısına almaq istəməz". 
 
Əzizə Zeynal
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR