Logo

İran Qərb ölkələri ilə uranyum böhranı yaşayır

İran Qərb ölkələri ilə uranyum böhranı yaşayır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran nüvə texnologiyasının təkmilləşdirilmiş növü olan silisid uran yanacağı istehsalına başladığını bildirib. Rəsmi Tehran bu addımı araşdırma reaktoru üçün yanacaq istehsalı məqsədilə atdıqlarını bəyan etsə də ABŞ və digər Qərb dövlətləri baş verənləri təhlükəli hal kimi qiymətləndirib.

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ bu addımı "geriyə doğru atılan uğursuz addım” şəklində dəyərləndirib. İngiltərə, Fransa və Almaniya da İranın addımına etiraz edib.

İranın məlumatına görə, silisid uranyum yanacağının istehsalına başlanılması haqqında məlumat 9 gün öncə Beynəlxalq Enerji Agentliyinə verilib.

İngiltərə, Fransa və Almaniyanın birgə bəyanatında İranın nüvə silahının yaradılmasında önəmli mərhələ olan uranyum metalının istehsalı üçün tutarlı səbəb olmadığını bildirib.

Qeyd edək ki, İran nüvə silahının yaradılması istiqamətində atdığı addımlara görə ABŞ-ın sanksiyalarına məruz qalıb.
 
Vasif
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR