Rusiya təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma oldu

Rusiya təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma oldu

Dağıstanın Dərbənd rayonunda Rusiyanın təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma olub.

Sfera.az report-a istinadən bildirir ki, hadisə Dərbəndin Gəcux kəndində baş verib.
Silahlıların sayı və hadisə haqda ətraflı məlumat yayılmayıb.
Məlumatda bildirilib ki, Dağıstanın Süleyman-Stal rayonunda da antiterror əməliyyatı rejimi tətbiq edilib. Xəbərə əsasən, federal qüvvələrin əməkdaşları əməliyyat nəticəsində 4 silahlını öldürüblər.


OXŞAR XƏBƏRLƏR