Logo

Maaş ala bilmədiyini deyib verilişi yarımçıq qoydu - Jurnalistdən GÖZLƏNİLMƏZ ADDIM

Maaş ala bilmədiyini deyib verilişi yarımçıq qoydu - Jurnalistdən GÖZLƏNİLMƏZ ADDIM
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zambiyadakı televiziyalardan birinin xəbər aparıcısı qeyri-adi etiraz addımı ataraq gündəm olub.

Sfera.az xəbər verir ki, Kabinda Kalimina adlı aparıcı xəbər buraxılışını yarımçıq qoyaraq həmkarlarıyla bir müddətdir maaş ala bilmədiklərini söyləyib.

"Xəbərlərin xaricində olsa da, xanımlar və cənablar, biz insanıq. Maaş almalıyıq. Təəssüf ki, KBN kanalında maaş ala bilmirik", - deyə aparıcı bildirib.

O, bu sözləri dedikdən sonra yayım qəfildən kəsilib. Televiziya kanalının baş direktoru isə Kaliminin sərxoş olduğunu iddia edərək hadisəyə qarışan hər kəsin intizam cəzasına məruz qalacağını açıqlayıb.

"Sərxoş olduğu" iddiaları ilə bağlı danışan Kalimina isə həmin verilişdən əvvəl daha 3 proqram təqdim etdiyinə diqqət çəkib.

Əzizə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR