Baydeni aylardır cavabsız qoyan Kim ABŞ-a ilk mesajını verdi
ABŞ rəhbərliyinin əlaqə qurmağa çalışdığı, lakin bütün səylərinin nəticəsiz qaldığı Şimali Koreya ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra susqunluğu pozub.
Sfera.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İn həm dialoqa, həm də Co Bayden rəhbərliyi ilə üz-üzə görüşməyə hazır olduqlarını bildirib.
Bundan əvvəl Co Bayden rəhbərliyi dəfələrlə Kim Çen İnlə əlaqəyə keçməyə çalışsa da, bu mümkün olmamışdı.
Bu haqda danışan Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ bu məqsədlə bir çox kanaldan istifadə edib:
"Şimali Koreya məsələsində Yaponiya və Şimali Koreyadan olan tərəfdaşlarımızla işləməyə davam edəcəyik, yeni yanaşmalar axtaracağıq və üçtərəfli danışıqlar da daxil olmaqla fikirləri diqqətlə dinləyəcəyik. Məqsədimiz həmişəki kimi gərginliyi azaltmaqdır”.
Əzizə Zeynal
Sfera.az






