Logo

ABŞ ordusunun itirdiyi silahlar bu məqsədlə istifadə olunurmuş

ABŞ ordusunun itirdiyi silahlar bu məqsədlə istifadə olunurmuş
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ-da 2010-cu ildən bəri hərbi məqsədlər üçün istifadə olunan azı 1900 silahın itdiyi və ya oğurlandığı ortaya çıxıb.

Sfera.az xəbər verir ki, "Associated Press”in bu haqda araşdırmasında həmin silahların cinayət məqsədilə istifadə edildiyi məlum olub.

Bəzi silahlı birliklər belə məlumatların yayımlanmasına mane olduğu üçün bu sayın daha çox ola biləcəyi ehtimal olunur.Bu dövr ərzində ABŞ ordusunda odlu silahlarla birlikdə əl bombaları da yoxa çıxıb.

Araşdırmada itirilən və oğurlanan silahların küçə cinayətkarlarına satıldığı və amansız cinayətlərdə istifadə olunduğu qeyd olunub. Həmin silahların əsgərlərin yatması, nəzarət sisteminin zəifliyi və digər təhlükəsizlik problemləri səbəbilə oğurlandıyı və ya ortadan itdiyi vurğulanıb.

ABŞ ordusunun rəsmisi Kristin Uormut əvvəlki illərdə Pentaqonun itmiş silahlarla bağlı məlumatları ABŞ Konqresi ilə paylaşsa da, sonradan bu tələbin aradan qalxdığını bildiribş

Qeyd edək ki, 2010-2019-cu illər arasında ABŞ ordusunda itən və ya oğurlanan odlu silahların sayı 230 ədəd təşkil edib.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR