Logo

Bayden “TikTok” və “WeChat”-ı yenidən açdı

Bayden “TikTok” və “WeChat”-ı yenidən açdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın "TikTok” və "WeChat”ın Amerikada bağlanması haqda fərmanlarını ləğv edib.

Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yayılıb. Qeyd edilib ki, eyni zamanda həmin tətbiqlərin fəaliyyəti izləniləcək. Bayden ticarət nazirinə dövlət katibi, Pentaqon rəhbəri və kəşfiyyat qurumları ilə koordinasiyalı şəkildə 120 gün ərzində fərdi məlumatların qorunması ilə bağlı tövsiyələrdən ibarət hesabat hazırlanmasını tapşırıb.

Qeyd edək ki, Tramp administrasiyası "TikTok” tətbiqetməsi vasitəsilə amerikalılar haqqında məlumatın Çin səlahiyyətlilərinə ötürüldüyünü iddia edirdi və bu səbəbdən hər iki tətbiqin fəaliyyətini qadağan edən fərman verilmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR