Logo

PKK-nın məsul şəxslərindən biri zərərsizləşdirilib

PKK-nın məsul şəxslərindən biri zərərsizləşdirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyə kəşfiyyatının (MİT) keçirdiyi əməliyyat nəticəsində PKK-nın məsul şəxslərindən biri sayılan Salman Bozkır zərərsizləşdirilib.

Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "Twitter” səhifəsində yazıb.

"Buradan millətimizə gözəl bir xəbər vermək istəyirəm. PKK terror təşkilatının üst səviyyəli idarəçilərindən olan və Mahmur bölgəsi üzrə məsul şəxsi, "Doktor Hüseyn” şərti adıyla tanınan Salman Bozkır Milli Kəşfiyyat Təşkilatımızın qəhrəmanları tərəfindən zərərsizləşdirilib”, - deyə dövlət başçısı qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR