Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı artdı
Kateqoriya məlum deyil
Cəbrayıl rayonunda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş daha bir hərbçisinin meyiti aşkarlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edilir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq. Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 558 nəfərə çatıb.






