Logo

İlk dəfə koronavirusun laboratoriyadan yayıldığını söyləyən alim ölümlə təhdid edilir

İlk dəfə koronavirusun laboratoriyadan yayıldığını söyləyən alim ölümlə təhdid edilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzlərinin (CDC) keçmiş direktoru Robert Redfild yeni növ koronavirus (COVID-19) epidemiyasının laboratoriyada yarandığı iddialarını dilə gətirdiyinə görə ölüm təhdidləri aldığını açıqlayıb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Robert Redfild ABŞ-ın "Vanity Fair” nəşrinə verdiyi açıqlamada COVID-19 epidemiyası ilə bağlı müsahibə verib.

Robert Redfild virusun laboratoriyadan yayılmasını dilə gətirdikdən sonra elm adamlarından sərt reaksiyalar gördüyünü, hətta ölümlə təhdid edildiyini bildirib:

"Ölüm təhdidləri aldım, başqa bir fərziyyə irəli sürdüyüm üçün təcrid edildim. Bunu elm adamlarından yox, siyasətçilərdən gözləyirdim".

Robert Redfild laboratoriyada araşdırılan patogenlərin laboratoriya işçilərinə ötürülməsinin nadir görülən hal olmadığını, virusun Çindəki laboratoriyalardan birindən yayıldığına dair aşkar bir dəlil olmasa da, fikrinin bu istiqamətdə olduğunu bildirmişdi.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR