Böyük Britaniya 7 ölkəni “qırmızı siyahı”ya saldı
Kateqoriya məlum deyil
Böyük Britaniya hökuməti COVID-19 səbəbilə tətbiq olunan məhdudiyyətlər çərçivəsində daha 7 ölkəni yüksək riskli ölkələrin yer aldığı "qırmızı siyahı”ya daxil edib.
Sfera.az xəbər verir ki, bununla da "qırmızı siyahı”da ümumilikdə 50 ölkə qərarlaşıb.
Verilən qərarda Misir, Əfqanıstan, Bəhreyn, Kosta-Rika, Sudan, Şri-Lanka, Trinidad və Tobaqonun riskli ölkələrin yer aldığı "sarı siyahı”dan yüksək riskli ölkələrin olduğu "qırmızı siyahı”ya keçdiyi açıqlanıb.
Qeyd olunan ölkələrə "qırmızı siyahı” qaydaları iyunun 8-dən etibarən tətbiq ediləcək.
Bu siyahıda yer alan ölkələrdən Böyük Britaniyaya gələn insanlardan 10 gün müddətində hökumətin təyin etdiyi hotellərdə karantin qaydalarına əməl etməklə qalmaq tələb olunur.
Əzizə Zeynal
Sfera.az






