Logo

“Bayraktar” Qarabağda vəziyyəti dəyişdi” - “The Wall Street Journal”

“Bayraktar” Qarabağda vəziyyəti dəyişdi” - “The Wall Street Journal”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Nüfuzlu "The Wall Street Journal” nəşri "Türkiyədə istehsal olunan ucuz, silahlı pilotsuz təyyarələr döyüş sahəsini və geosiyasəti dəyişdirir” başlıqlı məqalə dərc edib

Sfera.az xəbər verir ki, məqalədə Türkiyə istehsalı olan "Bayraktar TB2”nin müharibə meydanlarını yenidən şəkilləndirdiyi qeyd olunur.

Bildirilib ki, ekvivalentləri ilə müqayisədə "Bayraktar TB2” funksionallığı və maliyyətinə görə daha uyğun seçimdir:

"PUA-lar Suriya, Liviya və Azərbaycanda vəziyyəti kökündən dəyişdirib. Münasib qiymətli rəqəmsal texnologiya ilə hazırlanan raketli PUA-lar Suriya, Liviya, eləcə də, Azərbaycana Dağlıq Qarabağda vəziyyəti öz lehinə çevirməyə kömək etdi”.

Qeyd olunub ki, "Bayraktar TB2” tanklar və digər zirehli maşınlarla yanaşı, hava müdafiə sistemlərini də məhv edir:

"Bu PUA-lar gələcəyin müharibələrinin ən inkişaf etmiş texnologiyaya malik bahalı döyüş vasitələri qədər, ucuz, amma təsirli döyüş vasitələri ilə şəkillənəcəyinə işarə edir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR