“Nikolun doğum günündə onlara başsağlığı verməliyik” - Minasyan
Kateqoriya məlum deyil
"Nikolun doğum günündə onun hakimiyyətinin qurbanı olanların ailələrinə başsağlığı verməliyik. Ölkəyə başsağlığı verməliyik. Cəmiyyətə başsağlığı verməliyik. Etnosa başsağlığı verməliyik”.
Sfera.az-ın news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan özünün Teleqram səhifəsində yazıb:
"Hələ uzun müddət damarlarımızı yırtaraq keçdiyimiz bu cəhənnəm haqda düşünəcəyik. Bu insanlıqdan uzaq olanların 3 ildə başımıza gətirdiklərini (və bundan sonra gətirmək istədiklərini) anlamağımız üçün zamana ehtiyacımız var. Ümidvaram, olanlardan dərs götürüb, səhvləri analiz etməyi bacarırırq və heç nəyi unutmayacağıq. Məşhur bir deyim var: keçənləri xatırlayan gözündən olar. Amma bu deyimin davamı da var: unudan isə hər iki gözündən”.Selcan
Sfera.az





