Logo

Lukaşenko Qərbə gözdağı verdi: “Minskə müasir rus silahları gəlir”

Lukaşenko Qərbə gözdağı verdi: “Minskə müasir rus silahları gəlir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskə müasir rus silahlarının göndəriləcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Lukaşenko ixracatın hansı şərtlərlə ediləcəyinin hələ ki, müəyyən edilmədiyini bildirib.

O, bu gün Belarus-Rusiya əməkdaşlığı ilə bağlı keçirilən toplantıda Soçidə apardıqları danışıqların nəticələri ilə əlaqədar "Rusiya Belarusa müasir silahlar təhvil verəcək", - deyə, söyləyib.

Müzakirə olunan məsələlər arasında hərbi-texniki sahə üzrə əməkdaşlığın da yer aldığını qeyd edən Belarus Prezidenti ölkədə Rusiyaya məxsus hərbi bazanın qurulması və ya ölkədə daimi olaraq rus qoşunlarının varlığı ilə bağlı hər hansı açıqlama verməyib.

O, buna ehtiyaclarının olmadığını bildirərək hər hansı təhlükə olarsa, Rusiyanın 24 saat ərzində öz qoşunlarını Belarusa kömək üçün göndərəcəyini diqqətə çatdırıb.

Prezident Qərb dövlətlərini də sərt formada tənqid edib:

"Qərbdəki bu alçaqların bizi Rusiya, Çin və ya başqa dövlətlərin bazaları ilə bağlı ittiham etməyə haqları yoxdur. Hansı adla günahlandıracaqlar? Polşada hərbi bazalar inşa edərək bizə yaxınlaşırsınız. Öz qüsurlarını görmədən bizi hər tərəfdən daşa tuturlar. Guya ki Belarus xarici qüvvələrin toplandığı məkan halına gəlirmiş. Siz özünüzə baxın!”

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR