Logo

Makron və Merkel ABŞ-dan açıqlama tələb etdilər - Bu səbəblə...

Makron və Merkel ABŞ-dan açıqlama tələb etdilər - Bu səbəblə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel ABŞ Milli Təhlükəsizlik Agentliyindən (NSA) açıqlama istəyiblər.

Sfera.az xəbər verir ki, buna səbəb ABŞ-ın ölkənin elektron nəzarət şəbəkələrindən istifadə edərək müttəfiqlərini gizli formada dinləməsi ilə bağlı dünya mediasında dərc olunan xəbərlər olub.

Xəbərlərdə qeyd olunub ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi Danimarka kəşfiyyatının köməyi ilə Makron, Merkel və Avropadan olan digər yüksək vəzifəli şəxsləri dinləyib.

Emmanuel Makron və Angela Merkel videokonfrans formatında görüşdən sonra açıqlama veriblər. Onlar yayılmış xəbərlərlə bağlı ABŞ-dan detallı açıqlama tələb ediblər.

Əzizə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR