Logo

Bayden: "ABŞ-da demokratiya təhlükə altındadır"

Bayden: "ABŞ-da demokratiya təhlükə altındadır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Co Bayden Arlinqton Milli Qəbiristanlığında əsgərlərdən birinin məzarı üzərində təşkil olunmuş "Anım Günü” mərasiminə qatılıb.

Sfera.az xəbər verir ki, Bayden bütün insanların bərabər şəkildə yaradıldığını vurğulayaraq demokratiyanın həm ABŞ-da, həm də dünyada təhlükə altında olduğunu bildirib.

ABŞ Prezidenti həyatını itirən ABŞ əsgərlərinin necə anılmasının demokratiyanın gələcəyini müəyyən edəcəyini diqqətə çatdırıb.

Co Bayden bu günədək Əfqanıstan və İraqda həlak olan ABŞ əsgərlərinin sayının 7036-ya çatdığını qeyd edib.

Qeyd edək ki, ABŞ-da hər il may ayının son bazar ertəsi günü müharibələrdə həyatını itirən amerikalıların xatirəsinə "Anım Günü" keçirilir.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR