Logo

Tailandda Ukrayna səfirinin meyiti tapıldı

Tailandda Ukrayna səfirinin meyiti tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ukraynanın Tailanddakı səfiri Andrey Beşta Ko-Lipe adasındakı oteldə dünyasının dəyişib.

Sfera.az xəbər verir ki, bu barədə "Associated Press” məlumat yayıb. Səfirin meyitinin üzərində zorakılıq əlamətlərinin aşkarlanmadığı qeyd olunur.

Beştanın meyiti səhər saat 06:30 radələrində otel otağında tapılıb. Səfirin oğlunun sözlərinə görə, atası dünən özünü yaxşı hiss etsə də, saat 04:30 radələrində zəhərlənmə simptomları ilə yuxuduan durub, daha sonra isə huşunu itirib.

Diplomatın meyiti ölüm səbəbini müəyyənləşdirmək üçün Banqkokdakı xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, 45 yaşlı Beşta 2015-ci ildə Ukraynanın Tailanddakı səfiri təyin olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR