Rumıniyalı diktatorun təyyarəsi hərracda satıldı - FOTO
Kateqoriya məlum deyil
Rumıniyanın keçmiş diktatoru Nikolay Çauşevskiyə məxsus prezident təyyarəsi 120 min avroya satılıb.
Sfera.az xəbər verir ki, "Artmark" hərrac evi tərəfindən hərraca çıxarılan təyyarənin başlanğıc qiyməti 25 min avro olaraq təyin olunub. Hərraca internet və ya telefon bağlantısı vasitəsi ilə qatılan 150 kollektor və aviasiya həvəskarı üzərində "Rumıniya Sosialist Respublikası" yazılmış "Rombac" markalı təyyarə üçün mübarizə aparıb. Hərracın sonunda Nikolay Çauşevskinin təyyarəsi 120 min avroya satılıb. Onun digər təyyarələri dünyanın müxtəlif hava limanlarında parçalara ayrılmış şəkildə durur.
Əzizə Zeynal
Sfera.az






