Suriyada PKK terrorçuları zərərsizləşdirildi
Kateqoriya məlum deyil
Türkiyə ordusunun xüsusi təyinatlı dəstəsi Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı zonasında 1 terrorçunu zərərsizləşdirib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd edilir ki, xüsusi təyinatlılar "Barış pınarı" əməliyyat zonasında daha 4 terrorçunu zərərsizləşdirib.
Məlumata görə, "Fərat qalxanı" əməliyyat zonasında neytrallaşdırılmış terrorçu sabitliyin pozulması üçün atəş açıb.






