Logo

Baydenlə Putin iyunun 16-da Cenevrədə görüşəcək - Ağ ev təsdiqlədi

Baydenlə Putin iyunun 16-da Cenevrədə görüşəcək - Ağ ev təsdiqlədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rəsmi Vaşinqton ABŞ prezidenti Cozef Baydenin Rusiya prezidenti Vladimir Putinlə iyunun 16-da İsveçrənin Cenevrə şəhərində keçirəcəyi sammit üçün əvvəlcədən heç bir şərt irəli sürməyib”.

Sfera.az xəbər verir ki, bunu mayın 26-da Ağ evin sözçüsü Cen Psaki gündəlik mətbuat konfrasında bildirib.

"İki liderin vaxtlarının çoxunu strateji sabitlik məsələsinə sərf edəcəklərini gözləyirik”, - o vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ mətbuatında C.Baydenlə V.Putinin iyunun 15-16-da Cenevrədə görüşəcəyi barədə məlumatlar yayılmışdı.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR