Baydenin namizədindən Türkiyəni qəzəbləndirən AÇIQLAMA
Kateqoriya məlum deyil
ABŞ Türkiyə ilə bağlı daha bir sərt addım atmaq fikrindədir.
Sfera.az bildirir ki, bu barədə Ağ Ev rəhbəri Co Baydenin Hava Qüvvələri katibliyi üçün namizəd göstərdiyi Frank Kendall açıqlama verib. O bildirib ki, vəzifəyə təyin ediləcəyi təqdirdə, Türkiyənin F-35 qırıcılarını almasını dayandıracaq və proqramdan tamamilə uzaqlaşdıracaq.
Qeyd edək ki, Türkiyə 2002-ci ildə F-35A proqramına qatılıb. Həmçinin Türkiyənin Rusiyadan S-400 raketlərini alması iki ölkə arasında böhrana səbəb olub.
Türkan
Sfera.az






