"İslam düşmənçiliyi xərçəng kimi yayılır, birgə hərəkət etməliyik" - Ərdoğandan ÇAĞIRIŞ
"Dünyanın əksər ölkələrində İslam düşmənçiliyi xərçəng kimi yayılır".
Sfera.az xəbər verir ki, bunu Beynəlxalq Media və İslamofobiya Simpoziumunda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ölkə başçısı bütün müsəlmanları birliyə çağırıb:
"İndiki İslamofobiya dalğası daha məkrli və gizli metodlarla həyata keçirilir, dünənə qədər "marjinal" olaraq qəbul edilən bəzi irqçi cərəyanların indi siyasətin mərkəzində yerləşməsi Qərbin düşdüyü bataqlıqdan çıxmaq əvəzinə, daha da dərinə batma istəyinə işarədir. Müqəddəs kitabımıza, peyğəmbərimizin şəxsiyyətinə hücum edən şəxslər dövlətlər tərəfindən maliyələşdirilir və himayə edilir. Qərbdə irqçi və İslam əleyhinə hücumlar son 5 ildə 250 faiz, həyatını itirənlərin nisbəti isə 700 faiz artıb. Əvvəllər İslamofobiyanı İslami terrorizm bayrağı altında qanuniləşdirməyə çalışanlar, heç bir ayrıseçkilik etmədən bütün müsəlmanları hədəf almaqdan çəkinmirlər. Özlərini mədəni cəhətdən üstün hesab edən belə şəxslər bütün digər qrupları kənarlaşdırmağa çalışırlar. Dünyaya islamofobiyanın qlobal bir təhlükə olduğunu izah etməliyik".
Əzizə
Sfera.az






