Koronavirusu bir dəqiqədə aşkarlayan nəfəs testinin istifadəsinə başlanılır – VİDEO
Kateqoriya məlum deyil
Sinqapurda COVID-19-u bir dəqiqə ərzində aşkar edə bilən nəfəs testinin istifadəsinə başlanılır.
Sfera.az xəbər verir ki, nəfəs testinin indiyədək bir dəfə Dubayda, iki dəfə isə Sinqapurda sınaqdan keçirildiyi bildirilib.
Testin keyfiyyətliliyini yoxlamaq üçün 180 xəstənin qatıldığı təcrübədə 93 faizlik düzgünlük müşahidə edilib.
Test magistral yollardakı bəzi keçid məntəqələrində səyahət edənlərə tətbiq ediləcək və nəfəs testi müsbət çıxanlar PCR testindən keçməli olacaq.
Sinqapur Səhiyyə Nazirliyinin açıqlamasına əsasən son 24 saat ərzində ölkədə 36 yeni yoluxma halı aşkarlanıb. Ümumilikdə 61 860 yoluxmanın müşahidə edildiyi ölkədə indiyədək COVID-19 səbəbilə 32 nəfər ölüb, xəstəliyə yoluxan 61 294 nəfər sağalıb.
Əzizə
Sfera.az






