“Alibaba”nın qurucusu istefa verdi
Dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Alibaba”nın qurucularından olan Cek Maya reaksiyalar səngimir.
Sfera.az xəbər verir ki, Çin hökumətini tənqid etdikdən sonra istənməyən şəxs elan edilən Cek Ma 6 il öncə təsis etdiyi Hupan Universitetinin rəhbərliyindən istefa vermək qərarını verib.
Ötən ilin oktyabrında Çinin nəzarət qurumunu, dövlət banklarını tənqid edən və o vaxtdan bəri ölkədə istənilməyən şəxs elan olunan Cek Manın istefasına səbəb olaraq Çin hökumətinin onun ölkədəki reputasiyasını azaltmaq olduğu bildirilib.
Tələbələrin Harvard Universitetinə qəbul olunmaq qədər çətinlik çəkdiyi Hupan Universitetinin adı və tədris proqramının da dəyişəcəyi qeyd edilib.
Qeyd edək ki, Çin səlahiyyətliləri ötən ay "Alibaba” şirkətini inhisarçılıq ittihamı ilə 2.8 milyard dollar məbləğində cərimə etmişdilər.
Əzizə
Sfera.az






