Logo

İran “Qəzza” adlı PUA-nı təqdim etdi - FOTO

İran “Qəzza” adlı PUA-nı təqdim etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) 3 strateji hərbi məhsulun təqdimatını keçirib.

Sfera.az bildirir ki, təqdimat mərasimində ilk olaraq "Qəzza” adlı super-ağır və geniş gövdəli pilotsuz uçuş təyyarəsi (PUA) təqdim olunub.

Bildirilib ki, PUA 35 saat müddətində havada qalır, müşahidə, döyüş və kəşfiyyat əməliyyatları həyata keçirir. Pilotsuz uçuş təyyarəsi 13 bomba daşıma, 2 min km məsafədə əməliyyat keçirmə gücünə malikdir.

Bundan başqa, "9 dey” zenit-raket kompleksi  və "Qüds” kiçik radar sistemi də təqdim olunub. Zenit-raket kompleksi kruz raketləri, döyüş təyyarələri və pilotsuz uçuş təyyarələrini məhvetmə gücünə malikdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR