Parlament ölkəni peyvəndlə təmin edə bilməyən naziri VƏZİFƏSİNDƏN AZAD ETDİ
Kateqoriya məlum deyil
Ukrayna parlamenti ölkənin səhiyyə naziri Maksim Stepanovu COVID-19 əleyhinə kifayət qədər peyvənd tapa bilməməsi səbəbilə vəzifəsindən azad etməklə bağlı qərar qəbul edib.
Sfera.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın "Reuters” xəbər agentliyi məlumat yayıb.
Ötən həftə Ukrayna Baş naziri Denis Şmıqal parlamentdəki çıxışında 2021-ci ildə səhiyyə nazirinin əsas vəzifəsinin peyvənd tapmaq olduğunu bildirib. O, bu məsələdə irəliləyişin çox yavaş getdiyini qeyd edərək parlamentdən Stepanovun istefasını istəyib. Denis Şmıqal səhiyyə nazirini məhsuldar işləməməkdə ittiham edib.
Qeyd edək ki, Ukrayna peyvəndləmənin gecikdiyi ölkələr sırasında yer alır. Bu günədək 41 milyon əhalinin cəmi 948 330 nəfəri peyvənd olunub.
Əzizə Zeynal
Sfera.az






