Logo

ABŞ 60 min nəfərlik gizli ordu yaratdı - Bu məqsədlə...

ABŞ 60 min nəfərlik gizli ordu yaratdı - Bu məqsədlə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın məşhur xəbər jurnalı "Newsweek” ölkədə 60 min nəfərlik gizli ordunun qurulduğu barədə məlumat dərc edib.

Sfera.az xəbər verir ki, jurnal Pentaqonun bu 60 min nəfərlik gizli ordudan daxili və xarici fəaliyyətlərində kiber məqsədlərlə istifadə edəcəyini bildirib.

Xəbərə əsasən, gizli ordudakı insanların sayı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarından təxminən 10 dəfə çoxdur. Adının açıqlanmasını istəməyən hərbi mənbənin bildirdiyinə görə bu situasiya formalaşdırılmış təşkilatı dünyanın ən böyük və gizli qüvvəsinə çevirib.

Pentaqonun gizli ordusu daxilində ən sürətli böyüyən qrup onlayn fəaliyyətlər üçün istifadə olunur. Bu "kiber döyüşçülər” əsasən internetdən kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar və saxta ad və soyadlardan istifadə edirlər.

Jurnalın iddialarına görə, qrupun sosial mediadakı kütləyə təsir etmək üçün manipulyasiya kampaniyaları zamanı istifadə edildiyi də iddia olunur. Bu gizli ordunu maliyyələşdirmək üçün Pentaqon təxminən 1 milyard dollar xərcləyir. Qrupun əməliyyatlarını dəstəkləmək üçün 130 özəl şirkət və onlarla gizli dövlət qurumunun xidmətlərindən istifadə olunur.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR