Logo

80 yaşlı şəxs bələdiyyəyə 60 milyon pul bağışladı

80 yaşlı şəxs bələdiyyəyə 60 milyon pul bağışladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yaponiyada 80 yaşlı adam bələdiyyəyə 60 milyon yen (təxminən 934 min manat) bağışlayıb.

Sfera.az-ın məlumatına görə, Yokosuka şəhərində yaşayan həmin şəxs bu pulu uşaqlığından bəri yığdığını deyib. O, pulla birlikdə məktub da yazıb. "Bu, birinci sinifdən etibarən yığdığım puldur, xahiş edirəm istifadə edin”, - deyə məktubda qeyd edib.

Bələdiyyə sədri Katsuaki Kamji isə 80 yaşlı şəxsə minnətdar olduğunu və heç zaman bu qədər böyük məbləğdə vəsait almadıqlarını bildirib.

Qeyd edək ki, oxşar hadisə ötən il də Yaponiyada baş verib. Adı bəlli olmayan bir şəxs bələdiyyəyə 30 milyon yen bağışlayıb və bunun kasıbların təhsili üçün istifadə edilməsini xahiş edib.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR