Lavrov Fələstinin müdafiəsinə qalxdı - Rusiyadan gözlənilməz ADDIM
Kateqoriya məlum deyil
Rusiya xarici işlər naziri Sergey Lavrov Fələstindəki mülki obyektlərə edilən hücumların qəbuledilməz olduğunu bildirib.
Sfera.az xəbər verir ki, Lavrov bu haqda Moskvada Sierra Lionun xarici işlər və beynəlxalq əməkdaşlıq naziri David Con Fransislə görüşündən sonra təşkil edilən ortaq mətbuat konfransında danışıb.
Sergey Lavrov Fələstin və İsraildəki mülki obyektlərə edilən hücumları qınadıqlarını və Rusiyanın iki ölkə arasında danışıqları bərpa etmək üçün əlindən gələni edəcəyini bildirib.
"Düşünürəm ki, bu vəziyyətə son qoymaq və danışıqlara başlamaq üçün artıq kifayət qədər çağırışlar edilib”, - deyə S.Lavrov vurğulayıb.
Əzizə Zeynal
Sfera.az






