Paşinyan sərhəddəki gərginlikdən danışdı
Kateqoriya məlum deyil
"Ermənistan Təhlükəsizlik Şurasının dünənki iclasından sonra Ermənistan-Azərbaycan sərhədinin bəzi sahələrində gərginliyin və Azərbaycan qüvvələrinin təcavüzünün artması meylləri müşahidə olunur”.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.
"Daxili təhlükəsizlik tədbirlərindən əlavə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsinə və Ermənistan-Rusiya strateji sisteminə uyğun olaraq cavab prosedurlarını da aktivləşdirmişik", - deyə o, bildirib.Selcan
Sfera.az






