Roma Papasından Fələstin İsrail münasibətləri ilə bağlı AÇIQLAMA
Sfera.az xəbər verir ki, Papa Vatikanda ənənəvi bazar günü duasından sonra çıxış edərkən uşaq ölümlərinin qəbuledilməz olduğunu vurğulayıb.
Yaxın Şərq bölgəsindəki hadisələri böyük narahatlıqla izlədiyini bildirən Roma papası İsraillə Fələstin arasındakı silahlı qarşıdurmaların böyük ölüm zəncirinə çevrilə biləcəyini qeyd edib.
İki ölkə arasında baş verən silahlı qarşıdurmada günahsız insanların, xüsusən də uşaqların həyatını itirdiyini diqqətə çatdıran Papa Fransisk bunun qəbuledilməz və qorxulu olduğunu qeyd edərək uşaq ölümlərinin gələcəyi təhlükə altına atdığını sözlərinə əlavə edib.
Beynəlxalq ictimaiyyəti atəşi dayandırmaq üçün köməyə səsləyən Papa Fransisk İsrail və Fələstinin qısa müddət ərzində dialoq və kompromis yolunu tutmaları, eləcə də iki toplum arasında birgəyaşayışın təmin olunması üçün dualar etdiyini söyləyib.
Əzizə Zeynal
Sfera.az






