Türkiyədə “lokdaun” ləğv edildi
Kateqoriya məlum deyil
Türkiyədə koronavirusa qarşı karantin tədbirləri çərçivəsində aprelin 29-dan tətbiq edilən "lokdaun” bu gün sona çatıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "mərhələli yumşalma” iyun ayının 1-dək davam edəcək.
65 yaşdan yuxarı və 18 yaşdan kiçik insanların ictimai nəqliyyatdan istifadə edə bilməməsi, komendant saatı dövründə şəhərlərarası səyahət məhdudiyyətinin tətbiqi kimi qadağalar isə qüvvəsindədir.
Alış-veriş mərkəzləri iş günləri saat 10:00-20:00 arasında işləyə biləcək. Şəhərlərarası nəqliyyat vasitələri tutumlarının 50 faizi qədər sərnişin qəbul edəcəklər.





