Türkiyə İƏT-in təcili iclasını çağırır
Kateqoriya məlum deyil
Mayın 16-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təcili iclası keçiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Türkiyə Fələstin və İƏT-ə rəhbərlik edən Səudiyyə Ərəbistanı rəsmiləri ilə məsləhətləşmələr apardıqdan sonra mayın 16-da xarici işlər nazirləri çərçivəsində qurumun videokonfrans formatında təcili iclasının keçirilməsinə qərar verilib.






