Logo

BMT-nin Baş katibi çağırış etdi: Döyüşlərə son qoyun!

BMT-nin Baş katibi çağırış etdi: Döyüşlərə son qoyun!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

BMT-nin Baş katibi Antonio Quterreş İsrail-Fələstin münaqişəsində gərginliyin azaldılmasına və tərəflər arasında hərbi döyüşlərin son qoyulmasına çağırıb.

Sfera.az-ın məlumatına görə, bu barədə A.Quterreş öz "Twitter" səhifəsində yazıb.

Baş katib qeyd edib: "Fitr Bayramı ruhuna hörmət olaraq, dərhal [Qəzza zolağı] və İsraildə gərginliyin azaldılmasına və döyüşlərin dayandırılmasına çağırıram. Həddindən artıq çox günahsız dinc insan həlak olub. Bu münaqişə yalnız bölgədəki [qarşıdurmanın] kəskinləşməsini və ekstremist fəaliyyətləri şiddətləndirə bilər".

(Trend)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR