Logo

Bu ölkədə açıq havada maska qaydası LƏĞV EDİLDİ

Bu ölkədə açıq havada maska qaydası LƏĞV EDİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Çex Respublikasında açıq havada maska taxma məcburiyyəti ləğv edilib.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, qərar ölkədə koronavirusla bağlı vəziyyətin yaxşılaşması ilə əlaqədar verilib.

İnsanlardan yalnız sıx toplaşdırları yerdə, məsələn, dayanacaqlarda maska taxmaq tələb olunur.

Eyni zamanda, mağazalar, turizm agentlikləri və əhaliyə məişət xidməti göstərən digər müəssisələr maksimum sanitariya və epidemioloji təhlükəsizlik tədbirlərinə riayət etməklə fəaliyyətlərini bərpa ediblər.

Çex Respublikasında koronavirusa qarşı 27 dekabr 2020-ci ildə başlayan vaksinasiya nəticəsində 2 596 197 nəfərə peyvənd vurulub.

Ölkədə 1 645 061 nəfərdə koronavirus qeydə alınıb, 29 667 nəfər virusdan ölüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR