Logo

“Twitter” Trampın açıqlamalarını paylaşan hesabı da bağladı

“Twitter” Trampın açıqlamalarını paylaşan hesabı da bağladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Twitter” sosial şəbəkə platforması ABŞ-ın keçmiş prezidenti Donald Trampın açıqlamalarını yayımlayan hesabın fəaliyyətini dayandırıb.

Sfera.az xəbər verir ki, Trampın yeni qurduğu "DonaldJTrump / Desk” (Trampın masası) şəbəkəsindəki açıqlamaları yayımlayan hesab Twitter tərəfindən qapadılıb.

Şəbəkədə çalışan səlahiyyətlilərdən biri sözügedən addım barədə ABŞ mətbuatına verdiyi açıqlamada, "Qadağa siyasətimizə uyğun olaraq, əvvəllər bağlanmış hesabla əlaqəli paylaşımlar edən və ya bu hesabın yerinə açılan hesabları məsələsində lazımi addımları atırıq", - deyə bildirib.

Trampın müşavirlərindən biri olan Cason Miller isə bağlanmış hesabın Trampla heç bir əlaqəsi olmadığını açıqlayıb.

"Twitter” yanvarın 6-da ABŞ Konqresinin binasına edilən basqından sonra "Facebook” və "Instagram”la paralel addımlar ataraq D. Trampın hesabını bağlamışdı. Bundan sonra eks-prezidentin "Snapchat” və "Youtube” hesabları da qapadılmışdı.

Donald Tramp təxminən 4 ay sonra - mayın 4-də "Trump Desk" adlI yeni bir platforma yaratdığını elan etmişdi.

İnci

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR