Logo

Putin Rusiya istehsalı vaksinləri “Kalaşnikov”la müqayisə etdi

Putin Rusiya istehsalı vaksinləri “Kalaşnikov”la müqayisə etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya prezidenti Vladimir Putin videokonfrans formatında keçirilən görüşlərdən birində Rusiyada istehsal olunan vaksinləri tərifləyib.

Sfera.az xəbər verir ki, ölkə başçısı Rusiya istehsalı peyvəndləri çox müasir və indiyədək ən etibarlı vaksin olaraq xarakterizə edib.

Vladimir Putin, "Avropalı mütəxəssislərdən birinin dediyi kimi, rus peyvəndləri "Kalaşnikov” tüfəngi qədər etibarlıdır. Bunu onlar deyirlər, biz yox”, - deyə Putin diqqətə çatdırıb.

Rusiya prezidenti "Sputnik Light” adlı peyvəndin də təsdiqlənməyə hazır olduğunu açıqlayıb.

Rusiya səhiyyə orqanları da COVID-19 əleyhinə hazırlanmış iki dozalı "Sputnik V” peyvəndinin tək dozalı versiyası hesab olunan "Sputnik Light”ın təcili istifadə üçün təsdiqləndiyini bildiriblər.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR