Ermənilər Qarabağda meyit axtarışını dayandırdı – SƏBƏB

Ermənilər Qarabağda meyit axtarışını dayandırdı – SƏBƏB
Ermənilər Qarabağda meyitlərin axtarışını qeyri-müəyyən müddətə dayandırıblar.

Sfera.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, bələdçinin olmaması səbəbindən mayın 4-dən axtarışlar dayandırılıb. Ərazini yaxşı tanıyan bələdçi tapılacağı təqdirdə axtarışlar davam etdiriləcək. Axtarışların Füzuli, Cəbrayıl, Hadrut və Bərgüşad istiqamətlərində aparılacağı bildirilib.

Qeyd edək ki, 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1553-dür.

Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.


OXŞAR XƏBƏRLƏR