Ərdoğan Məhəmməd Əlinin dəfn mərasiminə qatılacaq

Ərdoğan Məhəmməd Əlinin dəfn mərasiminə qatılacaq
Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq. Sfera.az anspress-ə istinadən bildirir ki, bu barədə prezidentə yaxın mənbələrdən bildirilib. Yayılan xəbərlərə görə, Ərdoğan Məhəmməd Əlinin cənazə namazı və son mənzilə yola salınması mərasimində iştirak etmək üçün ABŞ-ın Kentukki ştatının Luisvill şəhərinə gedəcək. Məlumatda bildirlir ki, Ərdoğan müsəlmanlar arasında müstəsna yeri olan Məhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün sabah axşam yola çıxacaq. Ötən gün Türkiyə prezidenti iyunun 3-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əli ilə bağlı rəsmi "Twitter" hesabından mesajlar paylaşıb. "Dünən əbədiyyətə qovuşan Məhəmməd Əli milyonların qəlbini fəth edən böyük bir idmançı və gözəl insan idi. Məhəmməd Əlinin ömrü boyu irqçiliyə və ayrı-seçkiliyə qarşı verdiyi azadlıq mübarizəsi heç zaman unudulmayacaq. "Əzmi, cəsarəti, qərarlılığı bütün insanlığa ilham qaynağı olan Məhəmməd Əliyə Allahdan rəhmət diləyirəm", - Ərdoğan yazıb. İyunun 3-də vəfat edən Məhəmməd Əli iyunun 10-u ABŞ-ın Luisvill şəhərində torpağa tapşırılacaq. Mərasimdə ABŞ-ın sabiq prezidenti Bill Klinton da iştirak edəcək. Vida mərasiminin internet vasitəsilə canlı yayımlanacağı bildirilir. Məhəmməd Əli ölümündən iki gün əvvəl tənəffüs sistemində yaranan problemlə bağlı yerləşdirildiyi Arizona ştatının Feniks şəhər xəstəxanasında dünyasını dəyişib.i gün əvvəl tənəffüs sistemində yaranan problemlə bağlı yerləşdirildiyi Arizona ştatının Feniks şəhər xəstəxanasında dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR

İsrail Şirazda hərbi mərkəzə zərbə endirdi

İsrail İranın Şiraz şəhərindəki hərbi mərkəzə hava zərbəsi endirib.   Sfera.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb....

Saakyandan məhkəmədə Azərbaycanla bağlı etiraf

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində ...

Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri AÇIQLANDI – FOTO

  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin güclə...

Baş Prokurorluqda yüksək vəzifəyə təyin olunan Səbuhi Alıyev kimdir?

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Səbuhi Alıyev Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi vəzifəsinə təyin edilib. &n...

Bakıda su təchizatı tam bərpa edilib? - AÇIQLAMA

Artıq bir neçə gündür ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir işləri ilə bağlı suyun verilişində problem yaşanır. Təmir işləri başa çatsa da, lakin bəz...

Çin yeni rabitə peykini kosmosa buraxdı

Çin “ChinaSat-9C” adlı yeni rabitə peykini uğurla kosmosa buraxıb.   Sfera.az xəbər verir ki, rəsmi “Xinhua” agentliyinin yay...