Logo

Zooparkdakı aslanlar koronavirusa yoluxdu - Dünyada İLK

Zooparkdakı aslanlar koronavirusa yoluxdu - Dünyada İLK
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yeni tip koronavirusdan ən çox təsirlənən ölkələrdən biri olan Hindistanda ümumi xəstəlik sayı 20 milyonu keçib.

Sfera.az bildirir ki, Hindistan Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamaya görə, son 24 saat ərzində 357 min 229 yeni COVID-19 yoluxma halının təsbit edilməsi ilə ümumi xəstəlik sayı 20 milyon 282 min 833-ə yüksəlib.

Ölkədə indiyədək görülməmiş yoluxma halına da rast gəlinib. Belə ki, Hindistanın Nehru zooparkında 8 Asiya aslanının koronavirus testi müsbət olub. Baytarlar şirlərdə iştahsızlıq və öskürək kimi simptomları gördükləri üçün koronavirus testi ediblər və nəticə müsbət olub.

Virusun insanlardan və ya heyvanlardan keçdiyini təyin etmək üçün genom sıralaması üçün nümunələr götürülüb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR