Logo

ÜST “Sputnik V” vaksini barədə nə vaxt qərar verəcək?

ÜST “Sputnik V” vaksini barədə nə vaxt qərar verəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Rusiyanın yeni növ koronavirusa (COVID-19) qarşı "Sputnik V” vaksininin təcili tətbiqinin tövsiyə olunan peyvəndlər sırasına daxil edilməsi üçün qiymətləndirməni iyunun sonları, iyul ayında apara bilərlər.

Sfera.az xəbət verir ki, bunu ÜST-ün Baş direktorunun köməkçisi Mariancela Simao bildirib.

M. Simao deyib ki, ekspertlər "Sputnik V” vaksininin Rusiyada istehsal və klinik praktikasını öyrənəcək: "Bizim əlimizdə vaksin barədə tam hesabat, o cümlədən vaksinin etibarlı şəkildə istehsalı və istehsal praktikası barədə məlumatlar olan zaman bu, texniki ekspert qrupu tərəfindən qiymətləndirilə bilər. Biz bunu ən tezi iyunun sonu, yaxud iyulda gözləyirik”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR