Logo

İstanbulda yürüş etmək istəyən 244 nəfər saxlanıldı

İstanbulda yürüş etmək istəyən 244 nəfər saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Koronavirus əleyhinə tədbirlər çərçivəsində Türkiyədə 1 may - Əmək və Həmrəylik Günü qeyd olunmasa da, bir qrup şəxs buna məhəl qoymayaraq Taksimdə yürüşə cəhd edib.

Sfera.az polis pandemiyaya görə tam qapanma səbəbindən kütləvi toplaşmaya icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib. Buna baxmayaraq, yürüşə davam edən və şüarlar səsləndirən qruplar polisə müqavimət göstərib. Polisin müdaxiləsindən sonra 244 yürüş iştirakçısı saxlanılıb.

İstanbul valiliyindən verilən açıqlamada Türkiyədə fəaliyyət göstərən HAK-İŞ, TÜRK-İŞ, Birləşmiş Dövlət İş konfederasiyaları, Vətən Partiyası və bir sıra digər qurumlar tərəfindən Əmək və Həmrəylik Günü münasibətilə Taksim Meydanında müəyyən edilmiş saatlar aralığında tədbir keçirilməsinə icazə verildiyi qeyd olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR