Azərbaycanlının sarayında erməni toyu - Sarkisyanın da olduğu məclisdə musiqimiz çalındı - VİDEO

Azərbaycanlının sarayında erməni toyu - Sarkisyanın da olduğu məclisdə musiqimiz çalındı - VİDEO

Bazar günü, iyunun 5-də Moskvada səs-küylü toy məclisi olub.

Erməni oliqarx, "Taşir" şirkətlər qrupunun sahibi Samvel Karapetyan 23 yaşlı oğlu Sarkis Karapetyana Salomeya adlı gürcü qızını alıb.

Sfera.az anspress-ə istinadən bildirir ki, dəbdəbəli toyda bir çox məşhur sima, şou biznes ulduzları, o cümlədən Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edib.

Toy azərbayacanlı milyarder AST Telman - Telman İsmayılova məxsus "Safisa" şadlıq sarayında olub.

Toy mərasimini Andrey Malaxov və Vera Brejneva aparıblar. Musiqi tərtibatı isə Alla Puqaçova və Qriqori Lepsə tapşırılıb. Məşhur "Maroon 5" qrupunun solisti Adam Livaynın çıxışı isə toyda iştirak edənlər üçün sürprizə çevrilib.

Maraqlısı odur ki, daima Azərbaycan mədəniyyəti incilərini mənimsəməyə cəhd edən ermənilər bu dəfə öz xislətləridən əl çəkməyiblər. Belə ki, erməni toyunda Azərbaycan musiqisi də səslənib. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasının musiqisi erməni rəqsi kimi qələmə verilib. Bəy və gəlin məhz bu musiqinin sədaları altında rəqs ediblər. Onların bu rəqsi isə "milli rəqs" adı altında qələmə verilib.

Toya gəlmiş 500-dən artıq qonaq qarşısında bu musiqi altında rəqs ediblər.

Samvel Karapetyan turizm, inşaat, daşınmaz əmlak sektorunda 5 milyard dollarlıq sərvəti ilə Rusiyanın dünyaca zəngin iş adamlarından biridir. Futbol üzrə Ermənistan millisinə qazandığı hər matçdan sonra 200 min dollar mükafat verməsi ilə tanınan iş adamı ölkəsinin siyasi həyatına təsir edə bilir.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...